Nobel namizədlərinin 50 il gizli saxlanılan siyahısı üzə çıxdı

Nobel namizədlərinin  50 il gizli saxlanılan siyahısı üzə çıxdı
calendar 3 yanvar 2020
clock 12:15

Yazıçı Aleksandr Soljenitsının ilk dəfə 1969-cu ildə Nobel mükafatına namizəd olduğu üzə çıxıb.

Kulis.az Tass-a istinadən xəbər verir ki, bu fakt İsveç Akademiyası tərəfindən indiyənə qədər açıqlanmayan sənədlərin ortaya çıxarılması ilə öz təsdiqini tapıb.

Məlumatda bildirilir ki, namizədlərin siyahıları 50 il gizli saxlanılıb. Ortaya çıxan sənədlərə görə, Soljenitsın namizədliyi Kaliforniya Universitetinin professorları Berkeley, Cakob Malkiel və Denzel tərəfindən irəli sürülüb.

Gallery

Nobel Komitəsi Soljenitsın əsərini yüksək qiymətləndirib və onun romanının son illərin Avropa ədəbiyyatında baş verən ədəbi hadisələrdən biri olduğunu bildirib.

Qeyd edək ki, 1970-ci ildə Alexandr Soljenitsın ədəbiyyat sahəsində Nobel mükafatına böyük rus ədəbiyyatının ənənəsindən qaynaqlanan mənəvi gücə görə layiq görülüb. 1974-cü ildə ölkədən qovularaq vətəndaşlıqdan məhrum edilən yazıçı yalnız 20 il sonra vətəninə qayıda bilib. Yazıçı 2008-ci ildə 89 yaşında vəfat edib.

# 2218 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news