Nəşriyyat gənc rəssam-qrafikləri mükafatlandırdı - Foto

Nəşriyyat gənc rəssam-qrafikləri mükafatlandırdı - Foto
calendar 5 fevral 2021
clock 17:58

“Yeni nağıl qəhrəmanı – müasir simvolik personaj” layihəsi çərçivəsində gənc rəssam-qrafiklər arasında keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb.

Kulis.az xəbər verir ki, “Şərq-Qərb” nəşriyyatının təşkil etdiyi tədbirdə münsiflər heyətinin üzvləri, media mənsubları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Nəşriyyatın baş redaktoru Nərgiz Cabbarlı “Şərq-Qərb”-in regionun ən böyük nəşriyyat-poliqrafiya müəssisəsi olduğunu və indiyə qədər bir çox böyük və dövlət əhəmiyyətli layihələrə imza atdığını bildirib. O, 35 ildir ki, fəaliyyət göstərən nəşriyyatın bu illər ərzində bir-birindən dəyərli, dünya standartlarına cavab verən nəşrlər hazırladığını, “Şərq-Qərb” adının poliqrafiya və nəşriyyat işi sahəsində brendə çevrilməsi üçün var qüvvə ilə çalışdıqlarını qeyd edib.

Nəşriyyatın direktoru Sevil İsmayılovaya isə çıxışında “Şərq-Qərb”-in İSO beynəlxalq standartlaşdırma sertifikatına layiq görülmüş yeganə nəşriyyat olduğunu bildirərək qalib gələn işlərdən nəşriyyatın gələcək fəaliyyətində istifadə olunacağını qeyd edib.

Bundan başqa tədbirdə Azərbaycanın Xalq rəssamı, professor Arif Hüseynov, Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev, rəssam Mir Teymur Məmmədov, gənc rəssam Orxan Qarayev, şair, məşhur “Söz” layihəsinin müəllifi Nigar Həsənzadə, aktyor Bəhram Bağırzadə, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, uşaq ədəbiyyatının nümayəndələri şair, yazıçı Sevinc Nuruqızı, yazıçı Aygün Bünyadzadə də çıxış edərək qalibləri təbrik ediblər.

Qeyd edək ki, müsabiqədə 3-cü yerləri Hüseynova Sevil Elmar qızı, Əliyeva Gülnar Şahvələd qızı, Məmmədova Ləman Əhəd qızı tutublar.

2-ci yerə Quliyeva Sevinc Əlikram qızı və Binnətova Kubra Həmid qızı, 1-ci yerə isə Qurbanova Afər İlqar qızı layiq görülüblər.

Qaliblərə, 1-ci yer 3000 manat, 2-ci yer hər birinə 1000 manat, 3-cü yer hər birinə 500 manat pul mükafatı və Nəşriyyatın hədiyyələri təqdim edilib.

# 1475 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news