Şah İsmayıl Xətainin kitabı nəşr olundu

Şah İsmayıl Xətainin kitabı nəşr olundu
calendar 14 aprel 2021
clock 12:47

Hökmdar-şair, Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin “Dəhnamə” və “Nəsihətnamə” poemaları Azərbaycan Yazıçılar Birliyi “Şah İsmayıl” Komissiyasının təşəbbüsü ilə “Hədəf Nəşrləri” tərəfindən nəsr halında çap edilib.

Kulis.az xəbər verir ki, əsəri Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun mütəxəssisləri Mehdi Şükürov və Arzu Əsədova nəsrə çevirib. Sözügedən layihənin rəhbəri “Şah İsmayıl” Komissiyasının sədri, dosent Şəmil Sadiqdir.

Qeyd edək ki, kitabın rəyçiləri dosent Şəmil Sadiq, professor Aydın Paşayev, pedaqogika üzrə fəlsəfə doktoru Fikrət Əliyev, filologiya elmləri doktoru İslam Sadıqdır. Səbuhi Şahmursoy və Nizami Hüseynovun redaktoru olduğu nəşr, əsasən, xətaişünaslıqla məşğul olanlar, ali məktəb tələbələri, ümumilikdə isə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitabın ön sözünün müəllifi professor Xəlil Yusiflidir.

# 3025 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news