Seyid Əzim Şirvaninin qəzəlləri özbək dilində

Seyid Əzim Şirvaninin qəzəlləri özbək dilində
calendar 22 may 2020
clock 18:23

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Füzuli ədəbi məktəbinin ən layiqli davamçılarından olan Seyid Əzim Şirvaninin 185 illik yubileyi münasibətilə bir sıra layihələrin həyata keçirilməsini planlaşdırır.

Bu münasibətlə AMM-nin sifarişi ilə şair və tərcüməçi Tahir Qahhar S.Ə.Şirvaninin 233 qəzəlini özbək dilinə çevirib.

Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi nəinki Azərbaycanda, bütün Şərq ölkələrində, xüsusilə Özbəkistanda böyük maraqla qarşılanır. Bu il AMM-nin layihəsi ilə S.Ə.Şirvaninin əsərlərindən ibarət kitabın Daşkənddə nəşri nəzərdə tutulub.

Qeyd edək ki, Tahir Qahhar Mədəniyyət Mərkəzinin sifarişi ilə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin və Hüseyn Cavidin əsərlərini də özbək dilinə tərcümə edib.

Mədəniyyət Mərkəzinin layihəsi ilə Seyid Əzim Şirvani haqqında Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə də yaradılıb, Azərbaycan və rus dillərindəki bölmələr zənginləşdirilib.

AMM bu il dahi şairin 185 illik yubileyi münasibətilə “Azərbaycan və Şərq ədəbiyyatının nadir inciləri – Seyid Əzim Şirvani qəzəlləri” adlı beynəlxalq elmi konfransın keçirilməsini də planlaşdırıb. Tədbir Azərbaycan və Özbəkistan alimlərinin iştirakı ilə reallaşacaq. /azertag.az/

# 3299 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news