Yazıçımızın əsəri İstanbulda tamaşaya qoyuldu

Yazıçımızın əsəri İstanbulda tamaşaya qoyuldu
calendar 5 iyul 2021
clock 18:55

İstanbulda fəaliyyət göstərən Türkiyə–Azərbaycan Vizyon Teatrı Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” tamaşasını təqdim edib.

Kulis.az xəbər verir ki, tamaşa görkəmli yazıçının 150 illik yubileyinə və teatrın 5 illiyinə həsr olunub. Əsərin ssenarisi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə Türkiyə türkcəsinə çevrilib. Tamaşa böyük maraqla qarşılanıb.

Səhnə əsərinin rejissoru Mine Bayrakeri, quruluşçu rəssamı Tariyel Əlizadə, musiqi tərtibatçısı Arda Dobrucali, kostyum-dekoru Lətafət Rafiqqızı, baş koordinator meneceri Elşad Haqverdi, xoreoqrafı Rafiz Mehdizadə, baş rejissoru Elçin İmanov, teatrın rəhbəri isə Kəmalə Kamaldır.

Baş koordinator meneceri E.Haqverdi bildirib ki, kollektiv bu tamaşanı Azərbaycanda təqdim etməyi səbirsizliklə gözləyir: “Ən böyük arzumuz isə mədəniyyətimizin beşiyi olan Şuşada bu tamaşa ilə çıxış etməkdir”.

Qeyd edək ki, hazırda teatr Avropanın müxtəlif ölkələrində bir sıra festivallara hazırlaşır.

# 1718 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news