Al Paçinonun yeni filmi çəkiləcək

Al Paçinonun yeni filmi çəkiləcək
calendar 29 sentyabr 2022
clock 16:20

Hollivudun kino ulduzu Al Paçino "Kinoya sevgi məktubu" kimi qələmə verilən "Billy Knight" adlı filmdə baş rola çəkiləcək.

Kulis.az xəbər verir ki, ekran əsərinə həmçinin "Qəribə şeylər" filmi ilə tanınan məşhur britaniyalı aktyor Çarli Hiton və "Kitab ağılı" filminin ulduzu Diana Silvers də yer alıb.

“Billy Knight” ekran işi öz filmlərini çəkmək istəyən magistr tələbələri Aleks (Hiton) və Emilinin (Silvers) motivasiya dolu həyat mübarizəsinə diqqət yetirir.

Filmdə kino biznesində uğur qazanmaq istəyən Aleksin uğursuz ssenarist kimi tanınan atasının ölümü ona dərindən təsir edir. Aleksin atasından qalan tək şey yarımçıq bir qutu yazı və üzərində "Billy Knight" yazılmış dəsmal idi. Bu ipucları vasitəsilə o, sirli "Billy Knight"ı tapmaq üçün macəra axtarışına çıxır.

“Billy Knight” kinoya sevgi məktubudur, bu böyük bir sənət növünün tarixinə köklənmiş bir fantaziyadır. Bənzərsiz Al Paçinoya və inanılmaz istedadlara malik Çarli Hiton və Diana Silversə sahib olmaq gerçəkləşən bir xəyaldır”,- deyə rejissor Alek Rot bildirib.

Ekran əsərinin çəkilişləri bu həftə Los-Ancelesdə başlayacaq.

# 1300 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news