Ancelina Coli ukraynalı uşaqlarla görüşdü

Ancelina Coli ukraynalı uşaqlarla görüşdü
calendar 1 aprel 2022
clock 16:20

Hollivud ulduzu, BMT-nin xoşməramlı səfiri Ancelina Coli İtaliyanın paytaxtı Romada qaçqın düşən ukraynalı uşaqların müalicə olunduğu xəstəxanaya baş çəkib.

Kulis.az xəbər verir ki, bu barədə "Ospedale Bambino Gesu" xəstəxanası instaqram hesabında aktrisanın sözlərindən sitat gətirərək yazıb:

“Müharibənin bitməsi üçün dua edirəm. İnsanların iztirab və köçkünlüyünə son qoymağın yeganə yolu budur. Uşaqların qaçqın həyatları, sağlamlığı və yaraları bahasına başa gəlməsini görmək dəhşətlidir".

Roma xəstəxanasına yerləşdirilən uşaqlardan birinin - Çernivtsidən olan 10 yaşlı ukraynalı onkoloji xəstə Artem Babçukun anası sosial media hesabında Ancelina ilə görüşü haqda yazıb. O, bildirib ki, aktrisanı gördüyünə inana bilmir. Onun sözlərinə görə, Ancelina oğlunun tezliklə sağalmasını və Ukraynada sülhün bərqərar olmasını arzulayıb.

# 1663 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news