Aqşin Yeniseylə görüş keçirildi - Fotolar

Aqşin Yenisey, yazar

Aqşin Yenisey, yazar

calendar 15 avqust 2022
clock 14:00

İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə TEAS Press Nəşriyyat Evi ilə əməkdaşlıq çərçivəsində yazıçı, şair və publisist Aqşin Yeniseyin gənc oxucularla görüşü keçirilib.

Kulis.az xəbər verir ki, görüşdə “Nə oxumalı: nəsr, poeziya, yoxsa elmi ədəbiyyat” mövzusu araşdırılıb. Aqşin Yenisey bu ədəbi üslubların fərqləri, yazıçının üstünlük verdiyi formalar və oxucu baxımdan ədəbi zövqə təsiri barədə fikirlərini bölüşüb. O, həmçinin gənc oxucular tərəfindən sevilən əsərlərinin yaranması prosesindən maraqlı faktları açıqlayıb.

Müasir ədəbi məktəbin qurulması vacibliyini vurğulayan Aqşin Yenisey yazıçı peşəsində tək ilham deyil, intizamın da böyük rol oynadığını qeyd edib: “Hər gün yazmaq lazımdır. İndiki yazıçılar gəlir əldə etmək üçün qəzetlərlə əməkdaşlıq edirlər. Bu, onları əsər üzərində işləməkdən yayındırsa da, qələmlərini hazırlıqlı saxlamaqda kömək edir”.

Aqşin Yeniseylə görüş gənc oxucularla sual-cavab hissəsində sosial məsələlərin ədəbi mövzulara təsirini əhatə edib.

Oxucularla canlı ünsiyyətə görə minnətdarlığını bildirən “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın 1929-1941-ci illərdə İçərişəhərdəki ünvanı olan bu məkanın ədəbi müzakirələrə həmişə yer verdiyini bildirib. Gənclərin dünya görüşü, tənqidi düşüncə tərzinin inkişafı və özünütanıması üçün oxu vərdişinin vacibliyini xatırladan Şəfəq Mehrəliyeva TEAS Press Nəşriyyat Evi ilə başlanılan bu ədəbi mühazirələrin də ənənə şəklini alacağını məmnunluqla qeyd edib.

# 1465 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news