Asan xoşbəxtliklər çağı – Gənclik haqqında aforizmlər

Asan xoşbəxtliklər çağı – Gənclik haqqında aforizmlər
calendar 17 dekabr 2021
clock 21:00

Kulis.az dünyaca məşhur fikir adamlarının gəncliklə bağlı söylədiyi müdrik kəlamları təqdim edir.

Tomas Karlayl
Gəncliyimdə elə bilirdim həyat bir sevincdir. Yetişdim və gördüm ki, həyat bir zəhmətdir. Zəhmət çəkdim və gördüm ki, zəhmət əsl sevincdir.

Firdovsi
Gənclik yaza, qocalıq qışa bənzəyir. Bir qış ki, arxasından bahar gəlməz..

Uilyam Ceyms
Cavanlıq həyatda zaman vahidi deyil, düşüncə tərzidir.

Albert Kamyu
Cavanlıq asan xoşbəxtliklər üçün parlaq bir çağdır.

Viktor Hüqo
Gəncliyə qocalıqdan çox hörmət etməliyik.

Franklin
Gəncliyi anlamayacağımız an, dünyadakı işimiz bitmiş deməkdir.

Mövlanə
Gənclərin aynada görmədiklərini, yaşlılar bir kərpic parçasında oxuyur.

Aristotel
Gənclərin yetişməsinə əhəmiyyət verin. Çünki bu yolda hər hansı bir məsuliyyətsizlik məmləkətin fundamentini məhv edər.

Şiller
Gənclik sevinc, qocalıq xatirələrlə doludur

Volter
İmkan verin gənclər dünyanı düşündükləri kimi görsünlər, onsuz da böyüdükcə olduğu kimi görəcəklər.

# 11618 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news