Aşıq Ələsgərin abidəsinin hazırlanması ilə bağlı Protokol imzalandı

Aşıq Ələsgərin abidəsinin hazırlanması ilə bağlı Protokol imzalandı
calendar 31 mart 2023
clock 17:30

Aşıq Ələsgərin abidəsinin hazırlanması ilə bağlı hazırkı prosesə aydınlıq gətirilib.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidəsinin hazırlanması ilə bağlı cari ildə Protokol imzalandığı bildirilib.

“Sənəd imzalandıqdan sonra texniki tapşırıq hazırlanmağa başlanılıb. Heykəlin hazırlanması və prosesin yaradıcı əməklə bağlı olduğunu nəzərə alaraq layihənin nə vaxt tamamlanacağı barədə konkret məlumat texniki tapşırıq formalaşdırıldıqdan sonra ictimaiyyətə açıqlanacaq”, - cavabda qeyd edilir.

Xatırladaq ki, abidə ilə bağlı müsabiqə bu ilin fevralında başa çatıb və qaliblər elan olunub. Nəticəyə əsasən, 1-ci yerin qalibi Natiq Əliyev, 2-ci yerin qalibi Xanlar Əhmədov, 3-cü yerin qalibi isə Kamran Əsədov seçilib.

# 1055 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news