Azərbaycan və Özbəkistanın İncəsənət muzeyləri əməkdaşlığı genişləndirir

Azərbaycan və Özbəkistanın İncəsənət muzeyləri əməkdaşlığı genişləndirir
calendar 15 sentyabr 2023
clock 18:40

Sentyabrın 15-də Özbəkistan Dövlət İncəsənət Muzeyində Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələri inkişafına töhfə vermək məqsədilə Azərbaycan Milli İncəsənət Muzeyi və Özbəkistan Dövlət İncəsənət Muzeyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Kulis.az xəbər verir ki, sənəd Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev və Özbəkistan Dövlət İncəsənət Muzeyinin direktoru Vasila Fayziyeva tərəfindən imzalanıb. Tərəflər dost və qardaş olan iki ölkə arasında mədəni əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə edərək, bu sazişin muzeylər arasında gələcək əlaqələrin inkişafına, təcrübə mübadiləsinə öz layiqli töhfəsini verəcəyinə əmin olduqlarını qeyd ediblər.

5 il müddətinə imzalanan memorandum iki nüfuzlu muzey arasında elmi tədqiqat və bərpa-konservasiya işinin aparılması, muzey işçilərinin təcrübə mübadiləsi sahəsində əməkdaşlıq, muzey işi ilə bağlı konfransların, seminarların, treninqlərin keçirilməsi, birgə sərgilərin təşkili, mədəniyyət sərvətlərinin mühafizəsi, konservasiyası və bərpası, elektron kataloqların yaradılması ilə bağlı təcrübə mübadiləsi kimi məsələləri əhatə edir.

# 878 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news