Bakı Kitab Mərkəzində fotopoeziya gecəsi keçirildi

Bakı Kitab Mərkəzi

Bakı Kitab Mərkəzi

calendar 25 dekabr 2021
clock 10:05

Bakı Kitab Mərkəzində fotopoeziya gecəsi təşkil olunub.

Kulis.az xəbər verir ki, Əməkdar artist Oleq Əmirbəyovun aparıcılığı ilə keçirilən gecədə Azərbaycan və xarici şairlərin şeirləri səsləndirilib.

Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva qonaqları salamlayaraq tədbirin təşkilinə görə məmnun olduğunu bildirib. Gecədə foto və poeziyanın bir arada olduğunun önəmini qeyd edən G.Rzayeva tədbirin ideyası kimi gedişatının da bəyəniləcəyini vurğulayıb: “Biz bu gecəni məhz o insanlarla birgə ərsəyə gətirmişik ki, onlar bu tədbirin ilhamverici qüvvəsi olublar. Bu, ilk növbədə, bizim əzizimiz, sevimlimiz Anna xanım İbrahimbəyova və şairə Leyla Bəyimdir. Leyla xanım dünən Praqadan gəlib və bu gün tədbirin təşkili ilə yaxından məşğul olub. Bu vaxta qədər də çox enerjili və fəal iştirak edib. Buna görə mən ona təşəkkür etmək istəyirəm. Çünki o, belə demək olarsa, fotopoeziya ideyasının ruhlandırıcısı olub”.

G.Rzayeva əlavə edib ki, gecədə Bakı Kitab Mərkəzi tərəfindən çap olunmuş 2022-ci ilin təqvimi də nümayiş olunur. Təqvimə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru, sənətşünas Anna İbrahimbəyova tərəfindən yaradılmış fotolar və şairə Şahrun Süleymanovanın tərcüməsində şairə Leyla Bəyimin üç misralı şeirləri (haiku) daxil edilib.

Sonra piano ifaçısı Vüsal Aydəmirovun müşayiəti ilə gənc şairlər Səidə Sübhi, Nailə Balakişiyeva, Sahib Məmmədov, Atika Əliyeva, Şahrun Süleymanova, Zəhra Bədəlbəyli, Yaroslav Trifonov, Ülviyyə Axundova, Adilə Əfəndi və Cavid İmamverdiyev poetik əsərlərlə çıxış ediblər.

Tədbir çərçivəsində müxtəlif müəlliflərin fotolarından ibarət videoçarx nümayiş edilib.

Gecədə İkinci Qarabağ müharibəsi veteranı, opera müğənnisi Atəş Qarayevin ifasında “Azərbaycan” mahnısı səsləndirilib.

# 1565 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news