Bakı Şəhər Xalq Teatrları Festivalının qalibləri mükafatlandırıldı

Bakı Şəhər Xalq Teatrları Festivalının qalibləri mükafatlandırıldı
calendar 30 noyabr 2023
clock 17:44

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində Azərbaycan peşəkar Milli teatrının 150 illik yubileyinə həsr olunmuş Bakı Şəhər Xalq Teatrları Festivalının mükafatlandırılma mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, festivalın keçirilməsində əsas məqsəd xalq yaradıcılığının inkişafı, mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrlarının, eləcə də dram dərnəklərinin işinin daha da səmərəli təşkili, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi, xalq teatrlarının və dərnəklərin fəaliyyətini dövrün tələblərinə uyğun təşkil etməkdir.

Münsiflər heyətinin qərarına əsasən H.Sarabski adına Mədəniyyət evinin Xalq teatrının təqdim etdiyi “Cənnətə bilet” tamaşası I yerə, H.Abbasov adına Mədəniyyət Mərkəzinin “Günəşim” özfəaliyyət dram dərnəyinin təqdim etdiyi “Tıq-tıq xanım və dostları” tamaşası II yerə, H.Abbasov adına Mədəniyyət Mərkəzinin Xalq teatrının təqdim etdiyi “Cənnət sakinləri” və Badamdar qəsəbə Mədəniyyət evi Xalq teatrının təqdim etdiyi “Zorən nigah” tamaşaları III yerə layiq görülüb.

Digər Xalq teatr kollektivləri isə “Ən yaxşı kişi rolu”, “Ən yaxşı qadın rolu”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı musiqi tərtibatı”, “Ən yaxşı aktyor ansamblı” nominasiyaları üzrə fəxri fərmanlara və münsiflər heyətinin xüsusi diplomlarına layiq görülüblər.

Münsiflər heyətinin üzvləri Xalq artisti Həmidə Ömərova, Əməkdar incəsənət xadimi Əli Əmirli, Əməkdar incəsənət xadimi Bəhram Osmanov Baş İdarənin fəxri fərmanları ilə təltif olunublar.

# 828 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news