Bakıda Azərbaycan-Pakistan mədəniyyət gecəsi təşkil edildi

Bakıda Azərbaycan-Pakistan mədəniyyət gecəsi təşkil edildi
calendar 1 may 2024
clock 10:09

Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan və Pakistanın poeziya və mədəniyyət gecəsi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən muzeyin direktoru Şirin Məlikova iki dövlət arasındakı mədəniyyət sahəsində əməkdaşlıqdan danışıb.

O qeyd edib ki, bugünkü gecə bir-birinə qırılmaz tellərlə bağlı olan Pakistan və Azərbaycanın mədəni cəhətdən bağlığını özündə əks etdirib.

"Söz" ədəbi layihəsinin təsisçisi Nigar Həsənzadə bildirib ki, Sultan Əhməd Əlinin bu tədbirdə iştirakından böyük qürur hissi duyur:

"Sultan Əhməd həm səxavətli, həm də humanist bir insandır. İkinci Qarabağ müharibəsi ərəfəsində daim dövlətimizə dəstək olub, dünyada haqq səsimizi çatdırmaqda səy göstərib".

Sultan Əhməd Əli söyləyib ki, o, Azərbaycana gəldikdən sonra özünü həm də ölkəmizin vətəndaşı kimi hiss edir:

“Buna səbəb Azərbaycan xalqının qonaqpərvər olmasıdır. Azərbaycan daim qəlbimdədir. Mən muzey və eksponatlarla tanış olan zaman bura bir daha valeh oldum. Eyni zamanda, bu xalqın milli kimliyini qoruması pərəstiş etdiyim xüsusiyyətlərdəndir. Düşünürəm ki, iki dövlət arasında qurulan münasibətlər daha da inkişaf etməlidir. Pakistanın yeganə dostu Türk xalqlarıdır. 44 günlük Vətən müharibəsində Pakistanda namazlar qılınan zaman xalqımız daim Azərbaycan üçün dualar edirdi. Möhtəşəm və tarixi zəfər növbəti xoş xəbərlərin müjdəçisi oldu. Xocalı soyqırımını ilə bağlı təşkil olunan aksiyalarda pakistanlılar çox fəal iştirak edir. Pakistan və Azərbaycan bir ağacın iki budağıdır".

# 667 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news