Bayburtda Dədə Qorqud mövzusunda kitab və rəsm sərgiləri açıldı

Bayburtda Dədə Qorqud mövzusunda kitab və rəsm sərgiləri açıldı
calendar 19 iyul 2022
clock 17:40

Türkiyənin Bayburt şəhərində davam edən 26-cı Beynəlxalq Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı çərçivəsində Dədə Qorqud kitab və rəsm sərgilərinin açılışı olub.

Kulis.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən qurulan sərgilərin açılışında Bayburtun rəhbər şəxsləri, festival iştirakçıları, yerli ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.

Azərbaycanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Elçin Qafarlı TÜRKSOY-un fəaliyyəti, eləcə də Dədə Qorqud mövzusunda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının həyata keçirdiyi layihələr barədə geniş məlumat verib.

Sonra TÜRKSOY tərəfindən nəşr olunan tanınmış tərcüməçi və yazıçı Kənan Çarboğanın “Qorqudnamə” əsəri Bayburt bələdiyyəsinin sədri Hükmü Pekmezci, Bayburt valisinin müavini Göksəl Yüksəl, eləcə də millət vəkillərinə təqdim olunub.

İyulun 23-dək davam edəcək festival çərçivəsində təşkil olunacaq panel müzakirələrdə Azərbaycanda Dədə Qorqud irsinin öyrənilməsi, bu mövzuda yaradılan ekran əsərləri, nəşr olunan kitablar və sair barədə geniş məlumat veriləcək.

# 1381 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news