“Bəxtiyar” tamaşasının premyerası oldu

“Bəxtiyar” tamaşasının premyerası oldu
calendar 7 may 2022
clock 11:20

Mayın 6-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 112-ci mövsümünün növbəti premyerası – “Bəxtiyar” musiqili komediyasının premyerası olub.

Kulis.az xəbər verir ki, görkəmli bəstəkar Tofiq Quliyevin musiqiləri əsasında ilk dəfə səhnəyə qoyulacaq tamaşa Akademik Musiqili Teatrın baş rejissoru Cavid İmamverdiyevin quruluşunda səhnələşdirilib. Tofiq Quliyevin 105 illiyinə həsr olunan səhnə əsəri füsunkar və əvəzolunmaz səsi ilə milyonların yaddaşlarda silinməz izlər qoyan SSRİ Xalq artisti Rəşid Behbudovun həyat və yaradıcılığını özündə əks etdirən “Bəxtiyar” filminin motivləri əsasında hazırlanıb.

Tamaşanın təqdimatından əvvəl Rejissor Cavid İmamverdiyev teatr kollektivinin bu tamaşanın premyerasına çox böyük məsuliyyətlə hazırlaşdığını bildirib: “1955-ci ildə Əməkdar incəsənət xadimi Lətif Səfərovun rejissorluğu ilə çəkilən "Bəxtiyar" filminə demək olar ki, hər kəs baxıb və əsərin süjet xətti ilə hamı tanışdır. Bu dəfə Akademik Musiqili Teatrın səhnəsində dahi bəstəkar Tofiq Quliyevin bənzərsiz musiqiləri tamaşaçıların könlümü oxşayacaq. Canlı orkestrin müşayiəti ilə peşəkar aktyorların ifası teatrsevərlərə nostalji hisslər yaşadaraq, fərqli təəssüratlar bəxş edəcək",- deyə C.İmamverdiyev bildirib.

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rəqslərin quruluşçusu Elvira Əzizova, rejissor assistenti Zaur Əliyevdir.

Bəxtiyar obrazını teatrın gənc və istedadlı solistləri Şaban Cəfərov, İbrahim Əlizadə, Emil Zeynallı, Saşa obrazını isə Aydan Həsənova, Mehriban Zaliyeva və Nəzrin İsmayılzadə canlandırıblar.

Anşlaqla keçən tamaşanın hər epizodu alqışlarla qarşılanıb. Premyerada görkəmli sənət adamları da iştirak ediblər.

Səhnə əsəri təkrar bu gün də teatrsevərlərin ixtiyarına veriləcək.

Tamaşa üçün biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək mümkündür.

# 2116 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news