“Bu yay gözəlləşdim” serialı üçüncü mövsümünə hazırlaşır

“Bu yay gözəlləşdim” serialı üçüncü mövsümünə hazırlaşır
calendar 5 avqust 2023
clock 10:02

“Amazon Prime Video”nun Cenni Xanın eyniadlı romanı əsasında ərsəyə gətirdiyi “Bu yay gözəlləşdim” adlı ekran əsəri ən çox izlənilən filmlər arasında onluğa düşüb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, yeniyetmələr üçün istehsal edilmiş serialın üçüncü mövsümünün çəkilişlərinə hazırlıq görülür.

Ekran əsərinin növbəti mövsümü 10 bölümdən ibarət olacaq.

Filmin yaradıcılarının verdikləri məlumata görə, ABŞ Kinematoqrafçılar Gildiyasının təşkilatçılığı ilə davam edən aktyor və ssenaristlərin tətili bitməyənə qədər layihənin üçüncü mövsümü başlamayacaq. Ümumən bu barədə hələ ki, dəqiq məlumat verilmir.

Qeyd edək ki, “Bu yay gözəlləşdim” serialının ikinci mövsümü indiyə qədər “Amazon Prime Video”da yayımlanan seriallar arasında ən çox izlənilən 10 layihədən biridir və ikinci mövsümün premyerası iyulun 14-də olub.

# 971 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news