Cahid Camala həsr olunmuş bədii albomun təqdimatı keçirildi - Video

Cahid Camala həsr olunmuş bədii albomun təqdimatı keçirildi - Video
calendar 4 may 2024
clock 10:00

Azərbaycanlı rəssam Cahid Camala həsr olunmuş bədii albomun təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, “Xalq Bank”ın “Xalq Əmanəti” layihəsinin 24-cü nəşri azərbaycanlı rəssam Cahid Camala həsr olunub.

Azərbaycan, ingilis və rus dillərində hazırlanmış bədii albom Cahid Camalın həyat və yaradıcılığına nəzər salır, onun irsini açıqlayır.

Bədii albomun təqdimat mərasimində görkəmli rəssamlar, ziyalılar və bir sıra incəsənət nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edənlər bildirib ki, bu kitab Azərbaycan təsviri sənətinin çağdaş dünyada tanıdılması istiqamətində xüsusi rol oynaycaq zəngin mənbədir.

Qeyd edək ki, “Xalq Bank”ın “Xalq Əmanəti” layihəsinin həyata keçirilməsində məqsəd, Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərinin dünyaya tanıdılmasıdır.

# 879 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news