Çingiz Əlioğlunun yubileyi münasibətilə elektron məlumat bazası hazırlandı

Çingiz Əlioğlunun yubileyi münasibətilə elektron məlumat bazası hazırlandı
calendar 28 iyun 2024
clock 16:01

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şair, Əməkdar mədəniyyət işçisi Çingiz Əlioğlunun 80 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb.

Kulis.az xəbər verir ki, elektron məlumat bazasında çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Çingiz Əlioğlunun çoxşaxəli bədii yaradıcılığı, Azərbaycan xalqının zəngin ədəbiyyatının tədqiqi və təbliği sahəsində əvəzsiz xidmətləri haqqında məlumat verilib.

Bazada görkəmli şəxslərin şair haqqında söylədikləri fikirlər, müəllifi və redaktoru olduğu əsərlər, tərtib etdiyi kitablar təqdim olunub. Həmçinin onun tərcümələri, sözlərinə bəstələnən musiqi əsərlərinin siyahısı, izonəşrlər də yer alır. Məlumat bazasında müəllifin filmoqrafiyası, video və foto qalereyası, virtual kitab sərgisi də təqdim edilir.

Məlumat bazasında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın “Səslərin mənası”, akademik Nizami Cəfərovun “Çingiz Əlioğlu – çərçivənin çərçivəsizliyi, yaxud çərçivəsizliyin çərçivəsi”, filologiya elmləri doktoru, professor Rüstəm Kamalın “Çingiz Əlioğlu şeiri: Dilin magik təcrübəsi” məqalələrinin tam mətni yer alıb.

Elektron məlumat bazası kitabxananın rəsmi saytında https://ryl.az/melumat-bazalari/Cingiz_Elioglu_el_melumat_bazasi/index.html yerləşdirilib.

# 497 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news