Daşkənddə Azərbaycan və Özbəkistan sənətçilərinə fəxri adlar təqdim olunub

Daşkənddə Azərbaycan və Özbəkistan sənətçilərinə fəxri adlar təqdim olunub
calendar 23 avqust 2024
clock 10:13

XPrezident İlham Əliyevin 22 iyul 2024-cü il tarixli Sərəncamı ilə Özbəkistanın tanınmış estrada müğənnisi, bəstəkar, aktyor Fərrux Zakirov “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adına layiq görülüb. Bu il avqustun 6-da isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə görkəmli Azərbaycan bəstəkarı və müğənnisi Polad Bülbüloğlu Özbəkistan Respublikasının Xalq artisti” fəxri adı ilə təltif edilib.

Avqustun 22-də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddəki Forumlar Sarayında hər iki sənətkara fəxri adların təqdimetmə mərasimi keçirilib.

Bu barədə Kulis.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Mərasimdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, iki qardaş ölkənin tanınmış incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.

Mədəniyyət naziri Adil Kərimli Fərrux Zakirovun təltif edilməsi ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamını oxuyub.

Özbəkistan Prezidenti Administrasiyasının nümayəndəsi isə Polad Bülbüloğlunun təltif olunması haqqında Prezident Şavkat Mirziyoyevin Sərəncamını diqqətə çatdırıb.

Sonra fəxri adların nişan və vəsiqələri sahiblərinə təqdim olunub.

Mükafatlandırılan sənətçilər çıxış edərək yaradıcılıqlarına verilən yüksək qiymətə görə qardaş ölkələrin rəhbərlərinə minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkilləri çəkdirilib.

# 392 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news