Din bilir ki, Allahı anlasalar, ona inanmayacaqlar - Aqşin Yenisey

Din bilir ki, Allahı anlasalar, ona inanmayacaqlar - Aqşin Yenisey
calendar 24 sentyabr 2024
clock 10:26

Kulis.az Aqşin Yeniseyin "İnanmaq, anlamaq" yazısını təqdim edir.


Düşünmək bacarığı yazmaq və oxumaq prosesinin davamı olaraq ortaya çıxır.

Vizual bilgi düşündürmür! Ya da bilginin vizual forması zəka yaratmır, deyək. Dünya get-gedə bilgili, amma zəkasız adamlarla dolur.

Bunu Misirdə piramidaya baxanda öz üzərimdə müşahidə etmişdim. Məni həmin anda piramida haqqında düşündürən önümdə öz div görkəmi ilə dayanmış tikili deyildi, bu tikili haqqında o vaxta qədər oxuduqlarım idi.

İnsan haqqında oxumadığı, yazmadığı şeylər haqqında düşünə bilmir, düşünmür.

İncilin tərcüməsi xristianlığın evini yıxdı. Çünki tərcüməyə qədər xristianlar İncili ancaq kilsə divarlarında freskalar kimi görürdülər. İsanın işıq haləsinə bürünmüş freskaları bütün xristian dünyasını "Qaranlıq çağ"a məhkum etmişdi.

Görüntü düşüncə yaratmadığından İncil düşünmə prosesinə məruz qalmırdı. İncili ana dilində oxuyan xristian onun haqqında yazmaq ehtiyacı hiss etdi və öz dinini yalnız bundan sonra anladı.

Xristian öz dininin inanı yox, anlayanı oldu.

Tanrını ağılla deyil, qəlblə hiss etməyin mümkünlüyü dini tələdir. Din bilir ki, onu anlasalar inanmayacaqlar. Xristianlar İncili anladılar və inanmadılar. Çarmıxdakı İsa karikaturalaşdı, ağlatmadı, güldürdü.

Çağımız bilginin yenidən vizuallaşdığı çağdır. Mən artıq növbəti "Qaranlıq çağ"a girdiyimizdən duyuq düşmüşəm.

# 2142 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news