Dünya Gənc Türk Yazarlar Birliyi yeni kitab ərsəyə gətirdi

Dünya Gənc Türk Yazarlar Birliyi yeni kitab ərsəyə gətirdi
calendar 3 aprel 2023
clock 14:30

Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Cəbhədən cəmiyyətə - Müharibə iştirakçısı yazarlarla səngər yoldaşlarının görüşləri” adlı layihə çərçivəsində 44 günlük Vətən müharibəsi iştirakçısı olan yazarların müxtəlif janr və məzmunlu yaradıcılıq örnəklərindən ibarət yeni kitab nəşr olunub.

Kulis.az xəbər verir ki, bu barədə “Ədəbiyyat və incəsənət” portalına layihə rəhbəri, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar məlumat verib.

Kitabın redaktoru yazıçı-publisist Kənan Hacı, eksperti şair-publisist Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, tərtibçiləri DGTYB üzvləri Həsən Kür və Ayşən Rəhim, dizayneri isə Əli Zeynalovdur.

Qeyd edək ki, adıçəkilən kitabın Sumqayıt şəhərində, Samux rayonunda, Mingəçevir şəhərində və Gədəbəy rayonunda 44 günlük Vətən müharibəsi iştirakçılarının, gənclərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş təqdimat mərasimləri təşkil olunacaq.

# 1301 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news