Dünya sənin nəyindir ki? - Günün şeiri

Akif Səməd, şair

Akif Səməd, şair

calendar 6 iyul 2022
clock 10:40

Bu gün tanınmış şair Akif Səmədin anım günüdür. Kulis.az onun məşhur “Dünya sənin nəyindir ki?” şeirini təqdim edir.

Ömrün boyu umdun küsdün,
Dünya sənin nəyindi ki?
Arxasınca asdın-kəsdin
Dünya sənin nəyindi ki?

Yan, oduna yanan deyil
Bir dərdini qanan deyil
Atan deyil, anan deyil
Dünya sənin nəyindi ki?

İşi yoxdur xannan, bəynən,
Gəlmə, gəldin üzmək öyrən,
Verdiyinə sağol deynən,
Dünya sənin nəyindi ki?

Dağlarda qara bax oğlan
Qəlbimdə yara bax oğlan
Ağlama qarabığ oğlan
Dünya sənin nəyindi ki?

# 5012 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news