Elçin: “Əkrəm Əylislinin dediyində həqiqət var”

Elçin:  “Əkrəm Əylislinin dediyində həqiqət var”
calendar 25 oktyabr 2021
clock 10:01

“Dünya çapında məşhur olmaq üçün sən gərək, dünya ədəbi prosesinə daxil ola biləsən. Dünya ədəbi prosesinə daxil olmaqdan ötrü isə gərək, sənin əsərlərin yüksək səviyyədə orijinaldan tərcümə olunsun”.

Bu sözləri bakupost.aza müsahibəsində Xalq yazıçısı Elçin Əkrəm Əylislinin “Anar da, Elçin də, mən də, heç birimiz arzuladığımız kimi böyük yazıçı ola bilmədik” fikrinə münasibət bildiriəkən deyib. O, daha sonra əlavə edib:

“Mənim xaricdə qırx beş, əlli, bəlkə də çox kitabım çıxıb, amma onlardan üçü-dördü orijinaldan tərcümə olunub. Dörd romanımdan yalnız biri, “Baş” romanı bəzi dillərə orijinaldan tərcümə olunub, qalan dillərə isə rus dilindən. Eləcə də “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü”, hekayələr, povestlər, pyeslər türkcədən savayı, başqa dillərə orijinaldan yox, rus dilinə tərcümədən tərcümə olunub. Bu, ciddi problemdir. Azərbaycan dili bir çox tarixi səbəblərə görə dünya səviyyəsində özünü hələ göstərməyib. Bizim Mirzə Cəlil, Axundov kimi yazıçılarımızı Avropada mütəxəssislərdən başqa tanıyan yoxdur. Halbuki Axundovun “Dərviş Məstəli Şah” pyesi dünya səviyyəli bir pyesdir. O ki, qaldı arzuladığım əsərlər məsələsinə, mən nəyi istəmişəm, onu da yazmışam. Amma ədəbiyyatdır də, yazdıqca yeni istəklər yaranır, bütün istəkləri yazmağı çatdırmırsan. Bu mümkün deyil. Bu mənada Əkrəmin dediyində hardasa həqiqət də var. Amma eyni zamanda bu fikri təkzib edən səbəblər də çıxır ortaya”.

Əkrəm Əylislinin adı gedən müsahibəsini buradan oxuya bilərsiniz.

# 10726 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news