Elşad Baratın kitabı Ağsuda təqdim edildi

Elşad Barat, şair

Elşad Barat, şair

calendar 26 aprel 2022
clock 16:40

Ağsuda şair Elşad Baratın Vətən müharibəsi şəhidlərinə həsr etdiyi “Ölümsüzlər” kitabının təqdimatı olub.

Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon rəsmiləri, ziyalılar, şəhid ailələri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Kulis.az xəbər verir ki, rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva tədbiri açdıqdan sonra, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxışlarda tarixi Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində ölümsüzlüyə qovuşan şəhidlərimizin şücaətindən danışılıb.

Kitabın ön söz müəllifi, tanınmış şair Ağacəfər Həsənli “Ölümsüzlər” kitabı haqqında danışıb. Bildirib ki, 300 səhifəlik kitabda 100-ə yaxın şəhid haqqında məlumat, şeir və şəkillər yer alıb. Nəşrdə həm də Ağsudan olan şəhid Vüqar Quliyev haqqında məlumat yer alıb.

Ziyalı Tahir Xasi, şəhid Vüqar Quliyevin anası Könül Quliyeva “Ölümsüzlər”i ərsəyə gətirən şairə təşəkkürlərini bildirib, gələcək yaradıcılığında uğurlar arzulayıblar.

Sonda şair Elşad Barat təqdimatın təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

# 1599 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news