Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında

Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında
calendar 22 noyabr 2023
clock 14:45

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair Fərid Hüseyn cari ilin 21-26 noyabr tarixlərində Türkiyədə keçirilən XIV Beynəlxalq İstanbul Ədəbiyyat və Şeir Festivalında iştirak edir.

Kulis.az xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyin və Beykoz Bələdiyyəsinin dəstəyi ilə təşkil edilən festivalın açılışı 21 noyabrda Rami Kitabxanasında baş tutub. Açılış mərasimində festivalın direktoru Adnan Özər və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Müəllif Hüquqları Şöbəsinin müdiri və Türkiyə Cümhuriyyətinin UNESCO üzrə təmsilçisi Ziya Daşkənd çıxış edərək qonaqları salamlayıb. Natiqlər beynəlxalq poeziya tədbirinin tarixindən, əhəmiyyətindən və dünya ədəbiyyatındakı önəmindən bəhs ediblər.

Daha sonra söz alan şairlər poeziya haqqında danışıb, eyni zamanda şeirlərini səsləndiriblər. F.Hüseyn Azərbaycan ədəbiyyatı, müasir poeziya barədə çıxış edib və sonda “Başqa cür olmur” adlı şeirini səsləndirib.

F.Hüseyn festivalın üçüncü günündə - 23 noyabrda Türkiyənin Mədəniyyət Universitetinin kitabxanasında “Türk dünyasının modern poeziyası” mövzusunda məruzə edəcək. Bundan başqa, gənc şair festival günlərində təşkil edilən müxtəlif poeziya axşamlarında şeirlərini oxuyacaq.

İspaniyadan Jordi Virallonqa, Şimali Makedoniyadan Xristo Petreski, Macarıstandan Petra Szöcs, Bolqarıstandan Əziz Nazmi Şakir, Yunanıstandan Aişə Adəm, İraqdan Əhməd Murad, Türkiyədən İbrahim Qəmbəroğlu, Çiğdəm Sezer, Erol Tufan, Tuba Qaplan, Rəşid Ulaş, Ebru Özden, Zeynəb Arkan, Sevgi Vural, Ercan Yılmaz, Ayşə Şəfəq Qanca, Həlimə Ulduz, Nihad Özdal, Zeynəb N.Tiryakinin qatıldığı festival olduqca maraqlı tədbirlər gündəliyi ilə seçilir.

Qeyd edək ki, 2021-ci ildə Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalı çərçivəsində Fərid Hüseynin “Yaddaş ilanı” adlı şeirlər kitabı “Vapur” nəşriyyatı tərəfindən yüksək tirajla çap edilib.

Sevindirici haldır ki, Türkiyə, Serbiya, Moldova, Gürcüstan, Tatarıstan (Rusiya) və İraqda keçirilən poeziya festivallarında, habelə İngiltərə, Misir, Polşa, Macarıstan, Monteneqro, Rusiya və başqa ölkələrdə keçirilən beynəlxalq kitab sərgi-yarmarkalarında Azərbaycan mədəniyyətini uğurla təmsil edən gənc şairin kitabları Amerika, Moldova, Serbiya, Özbəkistan və Türkiyədə nüfuzlu nəşriyyatlar tərəfindən yayımlanıb.

# 1132 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news