Hüseynağa Sadıqov - 110

Hüseynağa Sadıqov - 110
calendar 13 iyun 2024
clock 11:30

Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Xalq artisti, görkəmli teatr və kino aktyoru Hüseynağa Sadıqovun anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı olub.

Yubiley mərasimini giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq Hüseynağa Sadıqovun həyat və yaradıcılığı haqqında məlumat verib, aktyorla “Alma almaya bənzər” filminin çəkilişində ünsiyyətindən bəhs edib.

Xalq artistləri Tariyel Qasımov, Cəfər Namiq Kamal, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy H.Sadıqov haqqında xatirələrini bölüşüblər.

Çıxış edənlər tanınmış aktyorun xatirəsini əziz tutduğuna və tədbirin təşkilinə görə Dövlət Film Fondunun rəhbərliyinə və kollektivinə təşəkkürlərini bildiriblər.

Tədbir boyu sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarx və aktyorun çəkildiyi filmlərdən fraqmentlər nümayiş etdirilib.

# 729 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news