Kamran Nəzirlinin kitabı Təbrizdə nəşr olundu

Kamran Nəzirlinin kitabı Təbrizdə nəşr olundu
calendar 20 sentyabr 2024
clock 14:00

Azərbaycan yazıçısı Kamran Nəzirlinin “Sevgi ağ rəngdə olur” adlı hekayələr toplusu Təbrizin “Aydınsav” nəşriyyatında çapdan buraxılıb.

Kulis.az xəbər verir ki, kitabda yazıçının son illər yazdığı “Yarpaqlar töküləndə”, “Sevgi ağ rəngdə olur”, “Mənim sevimli yaddaşım”, “Qara nöqtə”, “Şopenin sonatası”, “Yelləncək, süpürgəçi qadın və pişik”, habelə digər hekayələri yer alıb.

Kütləvi tirajla çap olunan kitab artıq satışdadır.

Kitabın ərsəyə gəlməsində “Aydınsav” Təbriz Nəşriyyatının müdiri və tərtibçisi Aydın Dumanın, mətnləri fars dili əlifbasına uyğunlaşdıran təbrizli şair və tərcüməçi Nurəddin Müsəddiqinin müstəsna xidməti olub.

“Təbrizli qələm dostlarımdan mənim üçün sürpriz oldu. Düzü, iki ildən çox idi ki, onlar mənə bildirmişdilər ki, kitabı çap eləmək niyyətləri var. Mən də razılıq vermişdim. Bu müddət ərzində daha əlaqəmiz kəsilmişdi. İranda baş verən məlum hadisələr və digər problemlər kitabın işıq üzü görməsini gecikdirmişdi. Görünür, indi soydaşlarımızın ana dilində kitab nəşr eləmək və oxumaq imkanları artmışdır və bu da təqdirəlayiqdir. İranda ilk dəfədir kitabım çıxıb, sevinirəm ki, Cənubi Azərbaycan oxucuları ana dilimizdə mənim kitabımı da oxuya biləcəklər. Kitabın meydana gəlməsində əməyi olan hər kəsə, o cümlədən mənim qələm dostum qazi şairimiz Nazim əfəndiyə təşəkkürümü bildirirəm”, - deyə müəllif söyləyib.

# 428 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news