Kinematoqrafçılar ittifaqlarının birləşəcəyi vaxt açıqlandı

Kinematoqrafçılar ittifaqlarının birləşəcəyi vaxt açıqlandı
calendar 11 sentyabr 2023
clock 14:17

Kinematoqrafçılar ittifaqlarının birləşməsi ilə bağlı qurultayın noyabrda keçiriləcəyi gözlənilir.

Kulis.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi rejissor Əli İsa Cabbarov deyib.

Katibin sözlərinə görə, hazırda birləşmə istiqamətində iş aparılır.

"Birləşmə prosesi hüquqi sənədlərin tərtibatı mərhələsindədir. Hazırda hüquqi sənədlər üzərində də lazımi iş gedir", - Əli İsa Cabbarov qeyd edib.

Xatırladaq ki, bu ilin 26 iyulunda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) və Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) birləşmələri barədə bəyanat yayıblar.

Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir, ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.

# 1318 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news