Laçında Zəfər Günü ilə bağlı yürüş keçirildi - Fotolar

Laçında Zəfər Günü ilə bağlı yürüş keçirildi - Fotolar
calendar 8 noyabr 2023
clock 10:40

8 Noyabr - Zəfər Günü ilə əlaqədar Laçın şəhərində hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü təşkil olunub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, saat 10:00-dan başlayaraq, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və "Bakı abadlıq xidməti" MMC-nin birgə təşkilatçılığı keçirilən bayram tədbirində ilk olaraq Dövlət Himni səsləndirilib. Daha sonra yürüş olub.

“Bayraq meydanı”ndan start götürən yürüşdə hərbçilər, Laçın sakinləri hərbi orkestrin müşayiəti ilə Laçın şəhərinin “Seyrəngah” adlı ərazisinə qədər yürüş ediblər.

Qeyd edək ki, 8 Noyabr - Zəfər Günü ilə əlaqədar bu gün həmçinin Bakıda, Gəncədə, Bərdə, Füzuli şəhərlərində və Zəngilan rayonunda hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunur.

# 832 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news