Əlibəy Hüseynzadənin qızı vəfat etdi

Əlibəy Hüseynzadənin qızı vəfat etdi
calendar 25 aprel 2020
clock 10:32

Azərbaycanın böyük mütəfəkkiri Əlibəy Hüseynzadənin qızı Feyzavər Alpsar Turan vəfat edib.

Kulis.az xəbər verir ki, 101 yaşlı Feyzavər Alpsar uzun müddət Alzaymer xəstəliyindən əziyyət çəkirdi.

O, Memar Sinan adına İncəsənət Akademiyasının məzunu olub, çoxsaylı rəsm əsərləri “Şahməran” adlı sərgilərdə nümayiş etdirilib.

Ə.Hüseynzadənin yeganə varisi Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 17 mart tarixli Sərəncamına əsasən “Dostluq” ordeni, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.

Qeyd edək ki, Feyzavər Alpsar Turan atasının irsinin qorunub saxlanılması üçün 2017-ci ildə Ə.Hüseynzadəyə məxsus 37 təsviri sənət əsərini, 48 fotoşəkli, 53 şəxsi əşyanı, 22 orden, medal və nişanları, eləcə də ipək üzərində çap olunmuş “Həyat” qəzetini Azərbaycan hökumətinə hədiyyə edib.

Bu əsərlərin bir qismi Azərbaycana gətirilib və bərpa edilib. Əsərlər hazırda "İstiqlal" muzeyində qorunub saxlanılır.

# 2653 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news