“Məişət zorakılığına yox deyək!” hekayə müsabiqəsinin qalibləri açıqlandı

“Məişət zorakılığına yox deyək!”  hekayə müsabiqəsinin qalibləri açıqlandı
calendar 14 mart 2024
clock 12:30

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Ulduz” jurnalı ilə əməkdaşlıq çərçivəsində reallaşdırdığı hekayə müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Kulis.az xəbər verir ki, AYB-nin “Natəvan” klubunda təşkil olunan tədbiri “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs açaraq, səhiyyə müəssisələri ilə yaradıcı təşkilatların əməkdaşlığını yüksək qiymətləndirib.

O bildirib ki, məişət zorakılığı halları bütövlükdə cəmiyyət üçün təhlükəlidir və yalnız məqsədyönlü yanaşma, geniş maarifləndirmə ilə bu problemin həllinə nail olmaq mümkündür.

İSİM-nin direktoru Qəhrəman Haqverdiyev vurğulayıb ki, müsabiqənin təşkilində əsas məqsəd gənc nəsilə tolerantlıq, dözümlülük, qarşılıqlı anlaşma və hörmət, ailədaxili problemlərin dinc yolla çözülərək həllinin tapılması kimi xüsusiyyətlərin aşılanması olub.

Tədbirdə, həmçinin tənqidçi-ədəbiyyatşünas Seyfəddin Hüseynli, İSİM-nin Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmli çıxış ediblər. Bildirilib ki, məişət, eləcə də gender əsaslı zorakılıqla mübarizə aparmaq üçün müvafiq qurumların əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsi, əhali arasında geniş təbliğatın aparılması zəruridir.

Sonra “Məişət zorakılığına yox deyək!” mövzusunda təşkil olunan hekayə müsabiqəsinin finalçılarının hamısı qalib elan olunub: Arif Rəhimov (“Zərif və kövrək məxluq”), Azər Musaoğlu (“Fidan”), Fatimə Bayramova (“Bağlı qapı arxasında”), Maya İmran (“Humay Atabəy”), Rəşid Bərgüşadlı (“Otit”), Şəfa Vəli (“Quşxanadan reportaj”), Zemfira Məhərrəmli (“Ailə sənin məbədindir”).

Qaliblərə diplom və xatirə hədiyyələri təqdim edilib, belə müsabiqələrin gələcəkdə davam etdirilməsi və seçilmiş hekayələrin ayrıca kitab şəklində çap edilməsi nəzərdə tutulub.

# 708 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news