Məşhur aktyor cinsi təcavüzdə ittiham olundu

Məşhur aktyor cinsi təcavüzdə ittiham olundu
calendar 26 noyabr 2022
clock 15:28

Cənubi Koreyanın “Kalmar oyunu” serialındakı roluna görə “Qızıl Qlobus” mükafatını alan aktyor O Yon Su cinsi təcavüzdə ittiham olunub.

Kulis.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Koreyanın Suvon şəhərinin prokurorluğu məlumat yayılıb.

Məlumatda bdirilir ki, 78 yaşlı aktyora qarşı iddia 2021-ci ilin dekabrında bir qadın tərəfindən qaldırılıb. O, O Yon Sunun 2017-ci ildə ona toxunduğunu iddia edib. 2022-ci ilin aprelində iş ittiham irəli sürülmədən bağlanıb, lakin qadın apellyasiya şikayəti verib və istintaq yenidən başlayıb.

Aktyorun özünün dediyinə görə, o, “göldə necə gəzmək lazım olduğunu göstərmək üçün qadınla əl-ələ tutub”.

O Yon Su təcavüz ittihamlarını rədd edib, artıq qadından üzr istədiyini bildirib və bu üzrxahlığını təqsirin etirafı hesab etmədiyini vurğulayıb.

Qeyd edək ki, “Kalmar oyunu” maddi çətinliklərini həll etmək üçün adaya yollanan və sağ qalma oyunlarına qatılan personajlardan bəhs edir. Onlar 40 milyon dollar qazanmaq üçün uşaqlıqda oynadıqları altı oyunu uğurla başa vurmalıdırlar. Rəqabətə tab gətirməyib uduzanlar isə ölürlər. Serial “Netflix”in indiyə qədər ən uğurlu şousu kimi tarixə düşüb

# 1272 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news