Məşhur reper qətlə yetirildi

Məşhur reper qətlə yetirildi
calendar 13 sentyabr 2022
clock 16:40

"PnB Rock" ləqəbi ilə tanınan amerikalı məşhur repçi Rakim Allen öldürülüb.

Kulis.az xəbər verir ki, hadisə Los-Ancelesdə baş verib. 30 yaşlı Rakim sevgilisi ilə birlikdə "fast food" restoranında olarkən binaya silahlı şəxs daxil olaraq müəssisənin işçilərindən ona yemək verməsini tələb edib.

Sonra şübhəli şəxs ifaçıya və sevgilisinə hücum edərək, onun qızıl-zinət əşyalarını götürməyə çalışıb. Silahlılar repçini güllələyiblər.

Xəstəxanaya çatdırılan R. Allenin ürəyi dayanıb.

Məlumatlara görə, silahlılar onun olduğu məkana gəlməzdən əvvəl repçinin sevgilisinin sosial şəbəkədə paylaşdığı fotodan geolokasiyanı öyrəniblər. Hüquq-mühafizə orqanları qatilin axtarışına başlandığı bildirilir.

Qeyd edək ki, "PnB Rock" 2016-cı ildə "Selfish" adlı sinql yayımladıqdan sonra olduqca populyarlaşmışdı.

# 1334 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news