Məşhur reperin evinə silahlı hücum

Məşhur reperin evinə silahlı hücum
calendar 8 may 2024
clock 10:36

Kanadanın Toronto şəhərində məşhur reper Dreykin evinin qarşısında silahlı basqın olub.

Kulis.az xəbər verir ki, hücum zamanı evin mühafizəçisi güllələnib.

Məşhur reper Dreykin malikanəsi önünə silahlı basqın: İşçilərindən biri güllələndi - 1

Toronto polisinin verdiyi açıqlamaya görə, hücum çərşənbə axşamı baş verib. Polis mühafizəçinin güllələndiyini və xəstəxanaya aparıldığını bildirib.

Hadisənin evdən kənarda baş verdiyi və mühafizəçinin evin qapısında işləyərkən güllələndiyi qeyd edilib.

Mühafizəçinin xəstəxanada müalicə olunduğu öyrənilib.

Məşhur reper Dreykin malikanəsi önünə silahlı basqın: İşçilərindən biri güllələndi - 3

Hadisə zamanı Dreykin evdə olub-olmaması ilə bağlı suallara cavab verilməsə də, səlahiyyətlilərin sənətçinin komandası ilə əlaqə saxladığı və istintaqla əməkdaşlıq etdiyi bildirilib.

Hadisə yerindən qaçan çoxlu şübhəlinin olduğu və polisin təhlükəsizlik kamerası görüntülərini araşdırdığı vurğulanıb.

Məşhur reper Dreykin malikanəsi önünə silahlı basqın: İşçilərindən biri güllələndi - 7

Reper bütün zamanların ən çox albom satan sənətçilərindən biri kimi tanınır. Beş Qremmi mükafatının qalibi və "Nice For What" kimi hitləri ilə tanınan Dreyk keçən il Amerika Səsyazma Sənayesi Assosiasiyası tərəfindən 200 milyon nüsxədən çox satan ilk sənətçi kimi mükafatlandırılıb.

# 613 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news