Milli İncəsənət Muzeyi Belarus Rəsm Muzeyi ilə əməkdaşlıq sazişi imzalayacaq

Milli İncəsənət Muzeyi Belarus Rəsm Muzeyi ilə əməkdaşlıq sazişi imzalayacaq
calendar 1 aprel 2024
clock 18:00

Azərbaycan Milli İncəsənət Muzeyi aprelin 1-dən 3-dək Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günləri çərçivəsində Belarus Milli Rəsm Muzeyi ilə əməkdaşlıq sazişi imzalayacaq.

Kulis.az xəbər verir ki, Belarus Milli Rəsm Muzeyinin baş direktoru Anna Kononovanın sözlərinə görə, Azərbaycan Milli İncəsənət Muzeyində “Belarus rəssamların gözü ilə” sərgisi açılacaq. Burada belaruslu rəssamlar Anton Vırvo, Anna Kononova, Qleb Oçik, Anna Sadovskaya və Vladimir Urodniçin əsərləri sərgilənəcək. “Bu rəsmlər doğma torpağa həsr olunub və əsasən mənzərə janrında çəkilib. Sərgidə, həmçinin Belarusun nasist işğalçılarından azad edilməsinin 80 illiyinə həsr olunmuş əsərlər nümayiş etdiriləcək”, - deyə baş direktor bildirib.

A.Kononova “bu gözəl ölkənin milli koloriti orijinal, parlaq, təkrarolunmaz və cazibədardır” deyərək, Azərbaycanla incəsənət sahəsində əməkdaşlığın aktuallığını və dəyərini qeyd edib: “Hesab edirəm ki, milli koloritlərimizin bu sahədə qovuşması təsviri sənət üzrə təcrübə mübadiləsi və nailiyyətlərimizdən qarşılıqlı sevinc üçün əla birlik olacaq”.

Bu il Belarusda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsinin nəzərdə tutulduğunu deyən muzeyin baş direktoru Belarusun əhəmiyyətli yerlərində Azərbaycan mədəniyyəti, o cümlədən rəngkarlıq və dekorativ-tətbiqi sənət sahəsində çoxlu nadir mədəniyyət layihələrinin həyata keçiriləcəyinə əminliyini ifadə edib.

# 645 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news