Milli Kitabxanada növbəti treninq təşkil olundu

Milli Kitabxanada növbəti treninq təşkil olundu
calendar 29 may 2024
clock 18:20

Mayın 29-da Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalarda KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar onlayn görüş keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən kitabxananın elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova kitabxanalarda son illər proseslərin modernləşdirilməsi, mütərəqqi metod və texnologiyaların tətbiqi sahəsində fəaliyyətin genişləndirilməsindən danışıb.

“Görüşün keçirilməsində əsas məqsəd kitabxanalarda bu istiqamətdə mövcud vəziyyəti analiz etmək, problemləri aydınlaşdırmaq, onların həlli yönündə təklif və tövsiyələrlə çıxış etməkdir. Proqramın tətbiqi məsələləri ilə bağlı mütəmadi olaraq görüşlər keçiriləcək”,- deyə o sözlərinə əlavə edib.

Milli Kitabxananın informasiyalaşdırma və texnoloji inkişaf üzrə direktor müavini Toğrul Kamilzadə proqramın funksiyalarından söhbət açıb.

Tətbiq prosesində meydana çıxan problemlər, keyfiyyətin artırılması yolları barəsində müzakirələr aparılaraq, aktual suallar cavablandırılıb. Müzakirələrdə, həmçinin funksionallığın artırılması istiqamətində tövsiyələr də verilib.

# 582 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news