Minlərlə ukraynalı “Eurovision”u pulsuz izləyəcək

Minlərlə ukraynalı “Eurovision”u pulsuz izləyəcək
calendar 27 fevral 2023
clock 14:20

Ukrayna-Rusiya müharibəsindən zərər çəkmiş 3 min ukraynalı bu il İngiltərənin Liverpul şəhərində keçiriləcək "Eurovision" mahnı müsabiqəsini pulsuz izləyə biləcək.

Kulis.az xəbər verir ki, ötən il “Eurovision” Mahnı Müsabiqəsinin qalibi Ukrayna olsa da, Ukraynadakı müharibə səbəbindən 2023-cü ildə müsabiqənin ev sahibi Liverpola transfer edilib. Müharibəyə görə ölkəsini tərk etməli olan ukraynalılara pulsuz “Eurovision” biletlərinin veriləcəyi açıqlanıb.

Ukraynalılara təxminən 3 min bilet veriləcəyini açıqlayan İngiltərə, 10 milyon funt sterlinqlik bir fond hesabı yaratdıqlarını bildirib. Hökumət bu pulun Ukraynalı sənətçilərə dəstək olacağını qeyd edib.

Qeyd edək ki, Bolqarıstan, Şimali Makedoniya və Monteneqro İngiltərənin Liverpul şəhərində keçiriləcək "Eurovision 2023” qatılmamağa qərar verib. Avropa Yayım Birliyi (EIB) və müsabiqəni təşkil edən BBC-nin dərc etdiyi 37 ölkənin siyahısında sözügedən üç ölkənin adı çəkilməyib. Səbəb isə müsabiqəyə qeydiyyat haqlarının artırılması göstərilib.

Binlerce Ukraynalı Eurovision'u izleme şansı elde edecek - 1

# 1345 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news