Misirin nüfuzlu qəzetində azərbaycanlı alimin müsahibəsi dərc olundu

Misirin nüfuzlu qəzetində azərbaycanlı alimin müsahibəsi dərc olundu
calendar 9 aprel 2024
clock 17:00

Misirin nüfuzlu "Alwafd" qəzetində Misir-Azərbaycan Dostluq Cəmiyyətinin və Misirdə Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun geniş müsahibəsi dərc olunub.

Kulis.az xəbər verir ki, tədqiqatçı-alim Azərbaycan ilə Misir arasında tarixi və mədəni əlaqələrdən söhbət açıb. Son illərdə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdiyini qeyd edən S.Nəsirov söyləyib ki, keçən ilin yanvarında Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri bu əlaqələrin daha da inkişafına böyük töhfə verib.

S.Nəsirov bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlərboyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi tanınır. Alim əlavə edib ki, ölkəmizdə tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olub. Burada multikulturalizmə, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər keçirilir.

Diaspor sədri bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsinin vətənimizin dünyada artan nüfuzunun bariz nümunəsi olduğunu da qeyd edib.

S.Nəsirov Azərbaycan xalqının dünya ictimaiyyəti tərəfindən nə dərəcədə ədalətsizlik və ikili standartlarla üzləşdiyini, torpaqlarının 30 il Ermənistanın işğalı altında qaldığını oxucuların diqqətinə çatdırıb.

Müsahibədə S.Nəsirovun ölkələrimiz arasında əlaqələrin inkişafında elmi fəaliyyətindən də bəhs edilir. Onun "Ərəb mənbələrində azərbaycanlıların həyat və yaradıcılıqları" adlı kitabında yüz azərbaycanlı alim və ədib haqqında, "Ərəb elminin inkişafında azərbaycanlı alimlərin səyləri" adlı ikinci əsərində isə yüz əlli azərbaycanlı alim haqqında yazdığı qeyd olunur.

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən söhbət açan Seymur Nəsirov diqqətə çatdırıb ki, Dostluq Cəmiyyətində Azərbaycan dili, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Quran-i Kərim”in qiraətləri və digər fənlər üzrə kurslarda 57 ölkədən 600-dən çox tələbə ödənişsiz təhsil alır.

# 711 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news