“Muxtariyyətin 100 ili” mövzusunda yaradıcılıq müsabiqəsi keçirilir

“Muxtariyyətin 100 ili” mövzusunda yaradıcılıq müsabiqəsi keçirilir
calendar 17 aprel 2024
clock 14:50

Naxçıvan Televiziyası və Nuhçıxan İnformasiya Agentliyi “Muxtariyyətin 100 ili” mövzusunda yaradıcılıq müsabiqəsi elan edir.

Kulis.az xəbər verir ki, yaradıcılıq müsabiqəsi Naxçıvan Muxtar Respublikasının tarixini, mədəniyyətini əks etdirən fotolar, analitik məqalələr, ədəbi-bədii nümunələr, film-videoçarxlar, sujet-reportajlar və araşdırma videomaterialları üzrə keçirilir.

Müsabiqənin keçirilməsində məqsəd muxtar respublikanın 100 illik tarixinə nəzər salmaq, bu sahədəki yaradıcılıq fəaliyyətinə dəstək vermək, iştirakçıların bacarıqlarını və ideyalarını üzə çıxarmaq, Naxçıvanın tarixini və müasir inkişafını yaşatmaqdır.

Müsabiqədə yaradıcılıq qabiliyyəti olan hər kəs iştirak edə bilər.

Müsabiqə 2024-cü il yanvar ayının 25-dən may ayının 5-dək keçiriləcəkdir. Yaradıcılıq müsabiqəsində iştirak etmək istəyənlər hazırladıqları işləri 2024-cü il may ayının 5-dək şəxsiyyət vəsiqələrinin surəti ilə birlikdə NUHÇIXAN İnformasiya Agentliyinə (Ünvan: Naxçıvan şəhəri, İstiqlal küçəsi, 84 Telefon: 036-545-93-93) təqdim etməlidirlər. Qaliblər 2024-cü ilin may ayında elan olunacaq və mükafatlandırılacaqlar.

Müsabiqənin mükafat fondu aşağıdakı kimidir:

Birinci yer (1 nəfər) – 1000 manat

İkinci yer (1 nəfər) – 800 manat

Üçüncü yer (1 nəfər) – 500 manat

Həvəsləndirici yer (1 nəfər) – 300 manat.

Qeyd edək ki, qaliblər münsiflər heyətinin rəyi əsasında müəyyənləşdiriləcək.

# 753 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news