Niderlandın orkestri Fikrət Əmirovun əsərlərini səsləndirib

Niderlandın orkestri Fikrət Əmirovun əsərlərini səsləndirib
calendar 14 oktyabr 2021
clock 14:22

Niderlandın Haaqa şəhərində tanınmış “Ciconia consort” simli orkestrinin təşkilatçılığı, orkestrin dirijoru Dick van Gasterenin təşəbbüsü və rəhbərliyi ilə “Qafqazın səsləri” adlı konsert təşkil olunub.

Kulis.az xəbər verir ki, konsertdən əvvəl dirijor Dick van Gasteren Azərbaycanın böyük mütəfəkkiri və şairi Nizami Gəncəvi haqqında məlumat verib. Bildirib ki, 2021-ci il Azərbaycan Prezidentinin Sərəncamı ilə “Nizami Gəncəvi İli” elan olunub. Bakıda Nizami Gəncəvinin adını daşıyan muzey, küçə, metro stansiyası olduğunu deyərək, dahi şairin heykəlinin təkcə Bakıda deyil, Moskva, Sankt-Peterburq, Kiyev kimi şəhərlərdə də ucaldığını qeyd edib. Gəncədə anadan olmuş Nizaminin həyat və yaradıcılığından söz açaraq, onun əsərlərinin toplusu olan “Xəmsə”dən, poemalarındakı obrazlardan danışıb. Qeyd edib ki, Nizami böyük filosof olub. Nizami əsərlərində Şərq və Qərb mühiti hiss olunur.

Böyük şairin poema və şeirlərinə əsasən bəstələnən musiqi əsərlərindən söz açaraq, hələ gənc yaşlarından Nizami poeziyasına marağı olan Azərbaycan klassik musiqi sənətinin görkəmli nümayəndəsi Fikrət Əmirovun simli orkestr üçün yazdığı “Nizami” simfoniyası və “Şur” simfonik muğamından danışıb. Həmçinin Azərbaycan ənənəvi musiqisi olan muğamın 2003-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni irsin qorunması üzrə Reprezentativ Siyahısına daxil edildiyini bildirərək, Beynəlxalq Muğam Mərkəzi, milli musiqi alətlərimiz - tar, kamança, dəf, balaban, qoş nağara, haqqında məlumat verib. Muğamın Qərb musiqisi ilə sintezindən danışıb.

Sonda “Ciconia consort” simli orkestri Dick van Gasterenin dirijorluğu ilə Fikrət Əmirovun əsərlərini səsləndirib.

# 2699 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news