Qara Qarayevə həsr olunan tədbir keçirildi

Qara Qarayev

Qara Qarayev

calendar 18 fevral 2022
clock 11:40

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində Heydər Əliyev Fondu tərəfindən “Əbədi imzalar” layihəsi çərçivəsində nəşr olunaraq muzeyə hədiyyə edilmiş görkəmli bəstəkar, pedaqoq, akademiki, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin əsərlərindən ibarət notların təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, milli-mədəni və mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, onların təbliğ olunmasında Heydər Əliyev Fondunun gördüyü işlər dövlətimiz, xalqımız üçün böyük töhfədir.

Tədbirdə pianoçu, Xalq artisti, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin ifasında Qara Qarayevin əsərlərindən ibarət musiqi proqramı təqdim edilib.

Həmçinin tədbir çərçivəsində Əməkdar rəssam Vüqar Əlinin bəstəkarın Ömər Xəyyamın şeirlərinə yazdığı səs və fortepiano üçün “Altı rübai”nin (1944) təəssüratı altında işlədiyi 6 rəsm əsərinin təqdimatı olub.

# 1680 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news