"Qarabağın incisi - Şuşa" kitab-albomu boşnak dilində

"Qarabağın incisi - Şuşa"  kitab-albomu boşnak dilində
calendar 15 may 2024
clock 17:00

Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı Səfirliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzində hazırlanan "Qarabağın incisi - Şuşa" kitab-albomu Sarayevoda boşnak dilində nəşr edilib. Bu nəşr səfirlik tərəfindən Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan olunmasına həsr edib.

Kulis.az xəbər verir ki, kitabda Qarabağın tacı olan Şuşanın qədim tarixi, memarlıq abidələri, mədəni və strateji əhəmiyyəti, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli simalarının həyat və yaradıcılığını özündə əks etdirən mövzular əhatə olunub. Nəşrdə Şuşanın əsasının qoyulmasından indiyə qədər keçdiyi bütün tarixi mərhələlər geniş şəkildə təqdim edilib.

Bu baxımdan kitab-albom Şuşanın zəngin tarixi irsinin təbliği və Qarabağla bağlı həqiqətlərin boşnak oxucuların diqqətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir.

Nəşrin layihə rəhbəri Xalq yazıçısı Afaq Məsud, boşnak dilinə tərcümənin müəllifi isə Səfirliyin ştatdankənar əməkdaşı Admira Çosoviçdir.

Qeyd edək ki, nəfis şəkildə çap olunmuş kitab-albom Bosniya və Herseqovinanın universitetlərinə, kitabxanalarına, tanınmış ziyalılara və dövlət adamlarına göndəriləcək. Eyni zamanda, 28 May - Respublika Günü münasibəti ilə təşkil olunacaq qəbulda iştirakçılara hədiyyə olunacaq.

# 493 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news