Şah Mat Teatrından yeni tamaşa

Şah Mat Teatrından yeni tamaşa
calendar 7 fevral 2022
clock 18:00

Müstəqil Şah Mat Teatrı fevral ayının 11-də saat 19:00-da Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində Nobel mükafatlı Amerika yazıçısı John Steinbeck-in “Adamlar və siçanlar” pyesi əsasında hazırlanmış “Siçanlar və adamlar” səhnə əsərini teatrsevərlərə təqdim edəcək.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, teatrın bədii rəhbəri Mir Qabil Əkbərovun quruluş verdiyi səhnə işində obrazları Anar Bulud, Anar İbrahimov, Orxan Abışov, Fərid Vəliyev, Orxan Bakinskiy, Günel İmanova, Cavid Cavadzadə, Fuad Məmmədov ifa edir. Xronometrajı 1 saat 10 dəqiqə olan səhnə işinin ssenari müəllifi Mirtalib Həsənov, quruluşçu rəssam Günel İsgəndərova, geyim üzrə rəssam Səbinə Abutalıbzadə, musiqi tərtibatıçısı Fuad Məmmədovdur.

Absurd janrında qurulan yeni tamaşada işlәdiklәri rançodan qovulan Corc vә Lenni öz xәyallarını gerçәklәşdirmәk üçün növbәti rançoya işlәmәyә yollanırlar. Böyük böhran tәkcә maddi cәhәtdәn deyil, hәm dә mәnәvi cәhәtdәn bütün işçilәrә tәsir etmiş, onları dәyişərək bir-birindәn asılı tәnha insanlara çevirmişdir. Xәyalları gerçәklәşdirmәk üçün tәk ümid bu tәnhalıqdan qurtulmaqdır , lakin bu "Sizifin tәpәyә daşı tәkbaşına qaldırması" qәdәr çәtin olacaqdır. Qeyd edək ki, tamaşa 16+ hazırlanıb. Tamaşanın biletlərini iticket.az saytından onlayn və ya tamaşa günü teatrın binasından əldə bilərsiniz.

# 1673 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news