Son üç ildə Azərbaycanda 28 Bollivud filmi lentə alınıb

Son üç ildə Azərbaycanda 28 Bollivud filmi  lentə alınıb
calendar 23 sentyabr 2024
clock 10:30

Beynəlxalq Muğam Mərkəzində (BMM) “Hindistan-Azərbaycan: mədəniyyətlərin qovuşması” adlı tədbir keçirilib.

Kulis.az xəbər verir ki, Hindistanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı və BMM-in dəstəyi ilə reallaşan tədbirdən əvvəl qonaqlar hind mədəniyyətini təbliğ edən kitab sərgisi ilə tanış olublar.

Tədbirdə açılış nitqi söyləyən səfir Sridharan Madhusudhanan Azərbaycan ilə Hindistan arasında əlaqələrdən danışıb. Azərbaycan xalq musiqisini və mətbəxini çox sevdiyini deyən diplomat mədəniyyətlərimiz arasında oxşar cəhətlərin də olduğunu qeyd edib: "Hazırda Azərbaycan Hindistan kinematoqrafçılarının məkan olaraq ən çox müraciət etdikləri ölkədir. Bollivud filmlərinin çəkilişi üçün populyar məkana çevrilən Azərbaycanı daha çox tanıyır və sevirlər. Son üç ildə Azərbaycanda 28 Bollivud filmi lentə alınıb. Eyni zamanda, Hindistandan turist səfərlərində də artım müşahidə edilir..."

Səfir Azərbaycanın regionlarına da səfər etdiyini, buranın təbiətini çox sevdiyini, mədəniyyətimizlə yaxından tanış olmaqdan məmnunluğunu ifadə edib. Konsert proqramı ilə davam edən gecədə Hindistan və Azərbaycanda çox sevilən musiqi və rəqs nümunələri təqdim olunub.

# 592 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news