Sultan Raev: "Festivalın məqsədi türk dünyası teatrşünaslarını görüşdürmək olub"

Sultan Raev:  "Festivalın məqsədi türk dünyası teatrşünaslarını görüşdürmək olub"
calendar 1 noyabr 2023
clock 18:15

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan teatrlarının iştirakı ilə keçirilən TÜRKSOY Beynəlxalq Teatr Festivalına həsr edilmiş mətbuat konfransı keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, mətbuat konfransında TÜRKSOY-un Baş katibi Sultan Raev, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru İsrafil İsrafilov, Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı iştirak ediblər.

TÜRKSOY-un Baş katibi Sultan Raev çıxışı zamanı festivalın əhəmiyyətindən danışıb.

O deyib ki, festivalın keçirilməsində məqsəd türk dünyası teatrşünaslarını bir araya gətirmək olub və festivala türk ölkələrinin tanınmış teatrşünasları qatılıblar.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru İsrafil İsrafilov bildirib ki, bu, TÜRKSOY tərəfindən keçirilən ilk festivaldır.

"Bu festival bir ilk olaraq fəaliyyətə başlayır. Festivalda türk dövlətlərinin teatrındakı problemlərin müzakirə ediləcəyi gözlənilir. Teatrın münsifləri kifayət qədər professional şəxslərdirlər və hesab edirəm ki, bütün proseslər teatr mədəniyyətinin xeyrinə olacaq. Hesab edirəm ki, bu əsl sənət bayramı olacaq", - teatrşünas deyib.

Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı çıxışı zamanı bildirib ki, bu festivala daxil olan 6 ölkədən təqdim edilmiş teatr tamaşaları öz ölkələrinin ən yaxşı tamaşası olaraq seçilib: "Buna görə hesab edirəm ki, bizi maraqlı bir festival gözləyir".

Diqqətə çatdırılıb ki, teatr festivalının Bakıda keçirilməsi heç də təsadüfi deyil. Belə ki, bu il Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 illiyidir.

# 708 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news