Tanınmış bəstəkarın yaradıcılıq gecəsi keçirildi

Tanınmış bəstəkarın yaradıcılıq gecəsi keçirildi
calendar 9 aprel 2024
clock 13:00

Azərbaycan Dövlət Filarmoniyasında mərhum bəstəkar Bəhram Nəsibovun 80 illiyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.

Kulis.az xəbər verir ki, əvvəlcə bəstəkarın dünyaya göz açdığı Füzuli rayonunda Ərgünəş dağının ətəklərindən, Qozluçayın sahillərindən başlanan həyat yolundan söhbət açılıb, hər notundan doğma yerlərin ətri, nəfəsi gələn tükənməz ilhamla bəstələdiyi mahnılar xatırlanıb.

Milli Məclisin üzvü Fazil Mustafa bəstəkarın zamanında layiqincə qiymətləndirilməyən parlaq istedadından, onun könül oxşayan mahnılarından danışıb: “Zamanında dəyər verilməyən, öz qiymətini almayan sənətkarlar həmişə olub. Təəssüf ki, bu, Bəhram Nəsibovun da taleyinə düşüb. Lakin uzun illərdən bəri təkrar-təkrar oxunaraq yaddaşlara köçən mahnıları, ruhumuzu oxşayan nəğmələri nəinki öz müəllifini unudulmağa qoymadı, əksinə müğənni və ifaçıların repertuarında özünə daimi yer tutdu, melomanları və sənətsevənləri həmin musiqilərin qanadında yaşatdı. Xüsusilə onu qeyd etməyə dəyər ki, bəstəkarın yazdığı əsərlərdə Qarabağ ruhu, Qarabağ nəfəsi açıqca hiss olunur. Bəlkə də həmin mahnıların sevilməyinin başlıca səbəbi xalqın ruhundan süzülməyi, həzin və ürəyəyatımlı olmağıdır”.

Gecədə bəstəkarın qələmindən çıxan mahnıları Əməkdar artistlər Nuriyyə Hüseynova, Almaz Orucova, Sevinc Sarıyeva, Vəfa Vəzirova, Hüseyn Məlikov, Ehtiram Hüseynov, Günay İmanverdiyeva, Rəvanə Qurbanova və başqaları ifa ediblər.

Konserti F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti müşayiət edib. Ansamblın bədii rəhbəri və baş dirijor – Ağaverdi Paşayev, musiqi rəhbəri Mahir İbrahimovdur (Ordubadi).

Qeyd edək ki, yaradıcılıq gecəsi bəstəkarın son illərin trend musiqisinə çevrilən “Qarabağ” mahnısının tədbirdə iştirak edən bütün müğənnilərin birgə ifası ilə başa çatıb.

# 834 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news