Xalq artisti Ramiz Quliyevlə görüş keçiriləcək

Xalq artisti Ramiz Quliyevlə görüş keçiriləcək
calendar 29 aprel 2024
clock 12:00

Mayın 1-də Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, professor, Dövlət mükafatı laureatı, Xalq artisti, Ramiz Quliyevlə gənclərin görüşü və konsert proqramı təşkil ediləcək.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək tədbir məşhur sənətkarın yaradıcılıq və müəllimlik fəaliyyətinin 60 illik yubileyinə həsr olunacaq.

“MədəniyyətimİZ” layihəsi çərçivəsində reallaşacaq görüş Azərbaycan musiqi mədəniyyətinin inkişafı kontekstində tar ifaçılığının tarixi, keçdiyi dövr, cəmiyyətdə milli musiqi dəyərlərinin qorunması və gənc nəsilə təbliği ilə bağlıdır.

Tədbirdə “Mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan musiqisinin rolu”, “Tar ifaçılığı məktəbində yeni, innovativ yanaşmalar: yaradıcı sənayenin müasir ənənələrinə baxış” və “İstedadlı gənclərin tanıdılması” mövzularında müzakirələrin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, görüşün bədii hissəsində isə ifaçı gənclərin iştirakı ilə müxtəlif musiqi nümunələri təqdim olunacaq.

# 715 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news