Şəhid şair universitetdə anıldı

Şəhid şair universitetdə anıldı
calendar 22 sentyabr 2017
clock 16:20

Sentyabrın 22-də Azərbaycan Dillər Universitetində (ADU) Auditoriya+ proqramı çərçivəsində 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 48-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Universitetdən Kulis.az-a verilən xəbərə görə, şəhid tələbənin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla tədbirin Ü.Bünyadzadənin doğum günü və onun adına təsis edilən auditoriyanın açılışına həsr olunduğunu qeyd edib. “Ülvi ölkəmizin müstəqilliyi uğrunda həyatını düşünərəkdən fəda edən bir azərbaycanlı gəncidir” - deyən K.Abdulla onun xatirəsinin əbədi olaraq qəlbimizə həkk olunduğunu bildirib: “Mən Ülvi Bünyadzadəni çox səbrli, işıqlı gənc kimi xatırlayıram. Onun dərslərdə və dərsdən kənarda özünü aparması, yoldaşları və müəllimləri ilə davranışı son dərəcə nümunəvi tərzdə idi. O, müstəqilliyimiz uğrunda gənc yaşlarından fəaliyyətə başlamışdı. O zaman SSRİ tərkibindən ayrılmağa hazırlaşan bir ölkənin başının üstünü qara buludlar almağa başlayırdı və Ülvi Bünyadzadə o buludları dağıdanlardan biri oldu. Ondan sonra Azərbaycanda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ölkəmizi böyük bir faciədən xilas etdi. Ulu öndər 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini əbədiləşdirmək, bu hadisəyə siyasi qiymət vermək istiqamətində çox işlər görüb. O, SSRİ hakimiyyətinə nifrətlə etirazını bildirib, bunu dünyaya bəyan etdi. Ülvi Bünyadzadə və onun kimi vətənsevərlərin xatirəsinə bu cür ehtiramla münasibət bəslədi. Mən güman edirəm ki, Ülvi bugünkü Azərbaycanı görsəydi, öz arzularının çin olduğunu düşünər, gənclərimizlə fəxr edərdi”.

Çıxışının sonunda rektor hər kəsin vətənə, millətə münasibətdə Ülvini örnək götürməsinin vacibliyini, onun yolunun davam etdirilməsinin vətəndaşlıq borcumuz olduğunu sözlərinə əlavə edib.

Tədbirdə iştirak edən şəhid tələbənin bacısı, professor Könül Bünyadzadə universitetdə yaradılan, müasir standartlara cavab verən yeni auditoriyaya Ü.Bünyadzadənin adının verilməsini onun xatirəsinə olan ehtiram kimi qiymətləndirib və buna görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. “İradəli gənci heç bir güc öz təsiri altına ala bilmir”- deyən K.Bünyadzadə qardaşı haqqında danışarkən onun da öz iradəsinə doğru getdiyini, qəlbinin hər zaman azadlıq duyğusu ilə doyündüyünü vurğulayıb.

Universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev Ü.Bünyadzadə ilə bağlı xatirələrini iştirakçılarla bölüşüb: “20 Yanvar gecəsi çox adam istəyərdi ki, günahsız xalqa qarşı törədilən qırğının qarşısını alsın, amma Ülvinin böyüklüyü onda idi ki, o, cəsarət taparaq həmin gecə tankların qabağına çıxdı”. Professor tələbələrə universitetdə yaradılan şəraitdən və dil bilgisindən istifadə edərək Azərbaycan reallıqlarını və Ülvi kimi qəhrəmanlarımızı dünyaya tanıtmağı tövsiyə edib.

ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Adil Babayev Ü.Bünyadzadənin tələbəlik illərindən bəhs edib, onu təmiz qəlbli, vətənpərvər, gözəl bir insan kimi xarakterizə edib.

Qeyd edək ki, Ülvi Yusif oğlu Bünyadzadə 23 sentyabr 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmənli kəndində ziyalı ailəsində dünyaya göz açıb. Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini (1986) isə Daşkəsən şəhərində alıb. 1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin İngilis dili fakültəsinə daxil olub. Ülvi ərəb, fars, latın, özbək dillərində (sərbəst öyrənməklə) yazıb-oxumağı, ingilis, rus dillərini isə mükəmməl bilirdi.

# 1048 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news