Rəsul Rza mükafatı təqdim olundu

Rəsul Rza mükafatı təqdim olundu
calendar 21 may 2019
clock 18:25

Mayın 20-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Beynəlxalq Rəsul Rza Mükafatı laureatlara təqdim olundu.

AYB-dən Kulis.aza verilən məlumata görə, hər il görkəmli Xalq şairi Rəsul Rzanın doğum günü ərəfəsində təqdim edilən Rəsul Rza Mükafatı Beynəlxal Rəsul Rza Fondu tərəfindən təsis edilib.

Tədbiri giriş sözüylə Fondun sədri, Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq şairi Fikrət Qoca açaraq, mükafat haqqında ətraflı məlumat verdi. Sonra mükafata layiq görülmüş laureatlar bir-bir elan edildi.

İlk mükafat Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyliyə təqdim edildi. İsa Həbibbəyli Rəsul Rza yaradıcılığı haqqında çıxış edərək, bu mükafatın onun üçün olduqca dəyərli olduğunu vurğuladı.

Xalq rəssamı Arif Hüseynov, tənqidçi, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru, şair Rəşad Məcid, tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat qəzeti”n in baş redaktoru Azər Turan, AYB Qarabağ Bölməsinin sədri, şair, professor Ənvər Əhməd, şair Maşallah Məftun, şair Tahir Taisoğlu, şair Etibar Vəliyev Beynəalxal Rəsul Rza Mükafatına layiq görüldülər. Laureatlar Azərbaycan poeziyasının görkəmli siması Rəsul Rza yaradıcılığı haqqında fikirlərini bölüşdükdən sonra Fondun rəhbərliyinə təşəkkürlərini bildirdilər. Özbəkistan şairi Babaxan Şərifin mükafatı şair, tərcüməçi, filologiya elmləri doktoru Ramiz Əsgərə təqdim edildi.

Tədbirdə filologiya elmləri doktoru, naşir Nadir Məmmədliyə Bəxtiyar Vahabzadə mükafatı təqdim edilib. Sonda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bütün mükafat alan qələm adamlarını təbdik etdi.

# 2636 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news